Music Video

Payam Turk — Nənə 2 (Rəsmi Audio)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Payam Turk
Payam Turk
Performer
COMPOSITION & LYRICS
Payam Turk
Payam Turk
Lyrics
PRODUCTION & ENGINEERING
Farjad Taghavi
Farjad Taghavi
Mastering Engineer

Lyrics

Səhv oldu yaranışıq və burda doğuldum, nənə Gedirəm qürbətə tərki-diyar edirəm, nənə Ağırdı döş qəfəslə gələn nəfəslər mənə Sil gözü, qoyma axan gilələrin bilənə İnanmıram bir də dönüb qayıda biləm geri Yox yeri bu ölkənin mənimlərə Yandırdım illərə yaşımı, amma olmadı qalmaq Vətənin ürəyini ələ olmadı almaq Bunu olmaz danmaq, nənə, dərk elə biyaz Gedir, qalmır bu yaz Kədər görünür naz Nənə fərqli yollar Uçur, qalmır pullar Budur səndə haram, məndəki saz Məndə araq, səndə namaz Görüşüğumuzə etmə niyaz O dünya, bu dünya, nənə, fərq eləməz, yox etiraz Darıxdın oğluna gər Düşdün yada ya gər Gözlərin oldu ki tər İnandığın dualardan eylə, yetər Yox nənə, nənə, yox nənə Yox imkan qalım, yox nənə Vətən sevmir, yol qoymur mənə Yox nənə, nənə, yox nənə Yox imkan qalım, yox nənə Vətən sevmir, yol qoymur mənə Bəlkə də orada da bura kimi şər qala başımda Vuralar qanıma bulanam o qürbətin daşında Dinc durmadım yerimə qurdlarla qoşuldum mən ömür boyu bu yaşımda Qan dura qaşımda, elə buam ki, varam mən Zoru xoşu qandırdım şəhər uşaqların, zirvədə mənəm mən Özümə görə bir yələm mən, amma axırı qurtarmır yaxşı Yadımda hər baxışın ot salacaq canıma, nənə Qürbətdə dərd qonacaq kanıma yenə Əgər ki xoş oldu, ki oldu, nənə Əgər də sıxsa, həyat yol verməsə mənə də yenə Əlimdə bir tulka araq vuracam qalmayacaq həyata bir maraq, Kənarda hamıdan qıraq Qulaqda Kaya oxudub təsəvvürdə laylayın Həncərədə vay vayım və dənizə baxan pəncərədə Qan verəcəm xəncərə Yox nənə, nənə, yox nənə Yox imkan qalım, yox nənə Vətən sevmir, yol qoymur mənə Yox nənə, nənə, yox nənə Yox imkan qalım, yox nənə Vətən sevmir, yol qoymur mənə
Writer(s): Payam Amani, Scarface Martin Beats Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out