Listen to Dəymə by Miro

Dəymə

Miro

R&B/Soul

2,171 Shazams

Lyrics

Yanılmış həyatların içində axtarışdayam Niyə tapıram axı orada bizi? Silinmir günahlarım, səninlə böldüyüm həyat Dibə batırır bax sonda bizi Süzülmüş ömür yarım-yarım yalançı badələrə Öldüyüm bu eşq dəyərmi bəs, de, bizə? Sevgimiz yavaş-yavaş bu tənhalıqlı radələrə Yaxınlaşdırırmı ayrılıq bizə? Səndən sınıq ürək, bu eşqi öldürək Gəl dinlə son sözümü Nə olar, mənə dəymə Bu aralar da üstümə gəlmə, qürurumu əymə Yaralarım yanır, yanır, sarım axı nə ilə? Salıram ürəyimə bu sevgini Yağış, qarlı küləklər Bu eşqin başında bəlalar var, mənə dəymə Yaralarım yanır, yanır, sarım axı nə ilə? Salıram ürəyimə bu dərdimi Qaranlıq içində parlayıb yanan bu ağ işıq Gözümə düşür, yum gözlərini Uçurumda tək bir barmağın ucunda qalmışıq Nədir, de, bizim son sözlərimiz? Darıxıb qucaq-qucaq bizik bu sevginin özü Niyə indi heç kim anlamır bizi? Qorxma, gəl qaçaq, görür, ya tormu sevginin gözü? Yox edib axı artıq ayrılıq bizi Səndən sınıq ürək, bu eşqi öldürək Gəl dinlə son sözümü Nə olar, mənə dəymə Bu aralar da üstümə gəlmə, qürurumu əymə Yaralarım yanır, yanır, sarım axı nə ilə? Salıram ürəyimə bu sevgini Yağış, qarlı küləklər Bu eşqin başında bəlalar var, mənə dəymə Yaralarım yanır, yanır, sarım axı nə ilə? Salıram ürəyimə bu dərdimi
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out