Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Orxan Zeynallı
Orxan Zeynallı
Performer
COMPOSITION & LYRICS
Emin Memmedov
Emin Memmedov
Composer
Orxan Zeynallı
Orxan Zeynallı
Songwriter

Lyrics

Dəftərimə əyri xətlər çəkmədim heç vaxt Yazmalı düz var ikən Donub qalmaq gərəkəndə Oluram pis maneken Səbrimi sınağa çəkənlər Kəsilib imtahandan Eyni anda iki adamdan biri Olmağımı istəmə, "okay?" Bilirəm səhvim çox Nöqsanların dairəsi kimiyəm Məndən başlama, əl çək Birinci özünü düzəlt Heç nəyi yox ikən gülərüz Yoxsulların ailəsi kimiyəm Hərdən həqiqət deyən 90-ların "ANS"i kimiyəm Bir az tənbələm, düzdür Amma ki həmişə ən dərində üzdüm Bir neçə il keçdi Ala bildim öz əlimdən özümü Babam son illərini yaşamışdı gözləri kor Mənsə qəhrəman görürdüm Onun gözlərində özümü Görmüşəm həyatın hər üzünü Həm ulduz, həm fəhlə Vaxtlarım var idi ki Döşəmə idi yatmağa yer İndi şükür edirəm sahib olduqlarıma həm də İstəsən, otur yanımda Onsuz da qalmayıb qalxmağa yer Gec-tez sönəcək ulduzum Mənim hekayəmdə sevgilər uduzur Boş olan qəlbimin ərimədi buzu Yoxladım nə qədər, nə qədər, nə qədər Gec-tez sönəcək ulduzum Mənim hekayəmdə sevgilər uduzur Boş olan qəlbimin ərimədi buzu Yoxladım nə qədər, nə qədər, nə qədər Dedilər, ata olmağın keçir vaxtı Yaş oraqla biçir vaxtı Düşünürəm ki, yaraşardı mənə qız övladı Yaşıdlar qaldırır hər səhər Məktəbə uşağını indi güclə Mənsə qaldırıram kubok "FİFA 23"də Baxma, indi belə olmuşam Əvvəl sadəlövh idim Gözümün önündən keçər Dəyirmanın əsəri Mənə mesaj yazıb sevgidən Məsləhət istəyənlərə Bilmirəm, nə cavab verim Keçəl-dərman məsəli İndi bax əllərimə qırışıb, çəkim artıb Nə qədər oxusam da Artıq artar çətin ağlım Məni satmaq istəyən bütün dostlarıma Dəyərimdən bir az artıq pul göndərib "WhatsApp"da çekin atdım Hər şey yaxşıdır, şükür Yaxşı olsun sonum təki Vermişəm lirik sətirlərimə "unison back"i Faciə filminə bənzəsə də bəzən həyatım Yıxılmadım, əvəzində yazdım ona "soundtrack"i Gec-tez sönəcək ulduzum Mənim hekayəmdə sevgilər uduzur Boş olan qəlbimin ərimədi buzu Yoxladım nə qədər, nə qədər, nə qədər Gec-tez sönəcək ulduzum Mənim hekayəmdə sevgilər uduzur Boş olan qəlbimin ərimədi buzu Yoxladım nə qədər, nə qədər, nə qədər
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out