Lyrics

Ay uzun saç, qara göz Ağıllı kukla mənim Gəl əlifba oxuyaq Sən şagird ol, mən müəllim Bir de görüm "A", ay gözəl kukla Yoxsa səninlə danışmaram, a Yoxsa səninlə danışmaram, a Atam almış mənimçün Rəngli qələm və dəftər Kitabımda var, budur Gözəl-gözəl şəkillər Ağzını aç sən, gözləyirəm mən Nə tənbəl qızsan, niyə dinmirsən? Nə tənbəl qızsan, niyə dinmirsən? Oxumağı, yazmağı Öyrənmişəm bacımdan Dərsə gedəndə mən beş Alacağam hər zaman Asan bir hərfi sən bilmirsən ki İncimə, kukla, alırsan iki İncimə, kukla, alırsan iki Bax, kim dərsini bilməsə, alacaq iki Hə
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out