Lyrics

Azərbaycan mənim ürəyimdir Azərbaycan mənim nəfəsimdir Azərbaycan mənim həyatımdır Azərbaycan! Azərbaycan! Qanad açıb o ellərə uça bilsəm O tikanlı məftilləri qıra bilsəm O yovşanlı yaylaqlara köçə bilsəm Gerçəkləşən xəyallarla süzə bilsəm Kaş olaydı tam o taylı, bu taylı can Azərbaycan Qoy hər yerdə dalğalansın bayrağın, can Azərbaycan Araz axsa, qəlbinin tən ortasından Göyçə gölün oxşayıb bağrına bassan Olarsan tam, bütöv bir can, Azərbaycan İlhamlıyıq, inanırıq, Azərbaycan Araz axsa, qəlbinin tən ortasından Göyçə gölün oxşayıb bağrına bassan Olarsan tam, bütöv bir can, Azərbaycan İlhamlıyıq, inanırıq, Azərbaycan Türkün eli – Azərbaycan, Azərbaycan Türkün eli – Azərbaycan, Azərbaycan Cızığından çıxıb düşmən ellər aldı Canı candan, qanı qandan ayrı saldı Neçə eldə doğma torpaq qərib qaldı Əvvəl-axır millət çəkər haqq-hesabın Kaş olaydı tam o taylı, bu taylı can Azərbaycan Qoy hər yerdə dalğalansın bayrağın, can Azərbaycan Paramparça, tikə-tikə doğrandın Yurduna, yuvana sən həsrət qaldın Nələr çəkdin! Dərddən çatladı bağrın Nələr gördün! Yanıb oda qalandın Neçə Saraları sellər apardı Neçə yaraları yellər qopardı Keçilməz dağları igidlər yardı Dəmir yumruq olub tufan qupardı Zəngəzur, Təbrizin səbri daraldı Obamın gözümün kökü saraldı Bu yol haqqın yolu, inan, az qaldı Qələbə bizimdir, gözlə, az qaldı, aman Az qaldı Araz axsa, qəlbinin tən ortasından Göyçə gölün oxşayıb bağrına bassan Olarsan tam, bütöv bir can, Azərbaycan İlhamlıyıq, inanırıq, Azərbaycan Türkün eli – Azərbaycan, Azərbaycan Türkün eli – Azərbaycan, Azərbaycan Azərbaycan! Azərbaycan!
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out