Lyrics

Qəlbində bəslənən gözəl diləklər Layiqdir səcdəyə sənə mələklər Nərdəsən? Gözlərim həp səni bəklər Bax övladın nasıl giryandır, ana Sən bir Günəş idin, doğdun da, batdın Yazıq övladını qəmlərə atdın Bir cavab ver, hankı murada çatdın? Torpaqlarda neçə zamandır, ana? Bir ah çəksəm sənsiz, qopmazmı tufan? Əzizim anacan, gözüm anacan Yumuq gözlərini aç da, bir oyan Şimdi zaman başqa zamandır, ana Yıxılıb payinə öpmək istərəm Analıq mehrini görmək istərəm Səni görmək üçün ölmək istərəm Təsəllim ah ilə fəğandır, ana Sən bir Günəş idin, doğdun da, batdın Yazıq övladını qəmlərə atdın Bir cavab ver, hankı murada çatdın? Torpaqlarda neçə zamandır, ana? Bir ah çəksəm sənsiz, qopmazmı tufan? Əzizim anacan, gözüm anacan Yumuq gözlərini aç da, bir oyan Şimdi zaman başqa zamandır, ana Şimdi zaman başqa zamandır, ana Şimdi zaman başqa zamandır, ay ana
Writer(s): Nailə Mirməmmədli, Səməd Vurğun Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out