Lyrics

Gözəl oğlan, bu yerlərdə görünmə, görünmə Anam duyub üstümüzdə göz olur, göz olur Səni, məni istəməyən az deyil, az deyil Aralıqda söhbət olur, söz olur, söz olur Aralıqda söhbət olur, söz olur, söz olur Şən bülbüllər bağçamızda ötüşür, ötüşür Meh əsdikcə gül-çiçəklər öpüşür, öpüşür Səni görcək ürəyimə od düşür, od düşür Görməyəndə bağrım başı köz olur, köz olur Görməyəndə bağrım başı köz olur, köz olur Ürəyimdə bir arzum var, bir dilək, bir dilək Dolanıram bu dağlarda maraltək, maraltək Deyirlər ki, bizə nişan gələcək, gələcək Elin sözü əzəl, axır düz olur, düz olur Elin sözü əzəl, axır düz olur, düz olur Elin sözü əzəl, axır düz olur, düz olur Elin sözü əzəl, axır düz olur, düz olur Düz olur
Writer(s): Osman Sarıvəlli, Qənbər Hüseynli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out