Listen to Evtanaziya by Okaber

Evtanaziya

Okaber

Hip-Hop/Rap

9 Shazams

Featured In

Credits

PERFORMING ARTISTS
Okaber
Okaber
Performer
COMPOSITION & LYRICS
Orxan Mustafazadə
Songwriter

Lyrics

Mən hər gün meditasiyada, sən mənə ateist deyirsən Fikirlərim maraqsız, sən Jan Batist deyilsən Əsərlərimə kağız, qələm, gülüm, bir də öz dünyam lazımdır Karabin obrazına RG, Okaberə Əli Xəyyam lazımdır İnsanlar yazdığım sətirlərdə nədənsə nifrət axtarırdılar Əlamət axtarırdılar, bayquşda lənət axtarırdılar Həyatın rəngini soruşdum, boz, bir də qara dedi "Пропорция"sı təyin olunmamış müharibə davam edir Sənə kim dedi ki, qorxma? Gözlərin bərəldi, qorx Yalan satıblar sənə, Əzrailin əlində kərənti yox Və mənə kafir deyən övliyalar şərab içib öləndə güldüm Dünyaya müqəddəs gələn də öldü, gəlməyən də öldü Məzar da zövqə görə olur, dostum, özün seç, bax Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) Bu sadəcə həyatdır, bu həyatın həyatları var Məsih, Nazaretli, Yehovanın övladları var Dəvələrin qanadları, binaların bərbadları var Pulları, maşınları, fahişə arvadları var Fiquru insanlardan ibarət olan şahmatları var "Kim daha çox qan içə bilər?" deyə zarafatları var Vətən sataraq yüksələn biznesmen adları var Erməni kirvələrinin soyqırım fəryadları var Mavi ekranlarda yetimlərə imdadları var İnsanı kütləşdirə biləcək qədər savadları var Zəhərin dadları var müxtəlif, özün iç, bax Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) Keçmişdə düşən ulduzlarla insanların öldüyünə inanırdım Evtanaziya əsrlərlə davam edirdi və canlanırdı İlk dəfə bir ruhani danışanda anladım, batildir Kürəyimdən güllə dəyəndə bildim, dostum qatildir Mən də peşmanam indi, hətta qalmadı xatirələr Bütlərin arasında sındı necə mansarda pəncərələr Biz fironları mumiyaladıq və modern günümüzə gətirdik Və hələ də fironlar var, Tanrımızı itirdik Hər ürəkdə bir Allah varsa, hər canda bir ürək Dilənçilərdən dərs alaq, bir miqdar azadlıq dilənək O tanınmır nə görünüşdən, nə də ki holoqramlardan O görünməz efirlərdə və çıxmaz şou-proqramlardan Bu yolda mən varam və yanımda bir neçə dəli şair Yolumuzdan döndərmir qara qeyb və tağı yalan şayiə Qeyrətsiz keçmişi qeyrətli gələcək almır heç vaxt Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) (Keç, bax, keç, bax, keç, bax)
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out