Similar Songs
Credits
PERFORMING ARTISTS
Pranga
Performer
Cavid Əmirxanlı
Performer
COMPOSITION & LYRICS
Cavid Əmirxanlı
Songwriter
Javid Amirkhanli
Songwriter
Lyrics
Amma onun şəmatəti Allaha xoş gəlmiyubən
Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa
Cismin əziz, xəyalın özündən də əziz
İllər ötdükcə unudulur o gözəl üzün təmiz
Sevmədilər gözünü, dedilər Bakıya bəsdir bir dəniz
Bir az kədər, bir az qəm və bitdi bizim hekayəmiz
Sanki sənə yazılır bütün nəğmələr
İllər keçər, aylar ötər, geriyə qalan xatirən də köhnələr
Gətirmədi nə payızlar, nə baharlar səni
Gətirmədi nə gəmilər, nə qatarlar səni
Mən hələ də gözlərəm o köhnə yerdə köhnə yağışlarla
Hər gələn gəmini yola salaram eyni baxışlarla
Bəlkə gəldin... Hələ də bəlkələrdir ümidim
Sən gəlməz oldun... neynim mən?
Uçuşur səmada xəyallar, bax
Ayırır səni məndən uzaqlar
Axı sən demişdin ki, dəyişmərəm məsafələr artdıqca
Dəyişən nədir məndən uzaqda? (xatirələri qucaqla)
Göy gözü göydən də gözəl qadın
Bu yerlərdə yoxluğun bir gün belə azalmadı
Nə yandırdı vərəqini? Nə sındırdı qələmini?
Nə mane oldu ki, bir məktub belə yazammadın?
Baharlar da gəlmədi, sən gedəli yaz olmadı
Yalan yox, səndən ötrü darıxdığım az olmadı
Həzin rekviem, buludlar və qırmızı çətrin
Sol yanımda qızılgüllər əkərdim ki, getməsin ətrin
Siyah bəxti gözümdən də siyah qadın
Canı sənə qurban demişəm, qiblən hayandadır?
Mən heç vaxt bir anamın laylasına
Bir də sənin güllər açan gülüşlərinə doyammadım
Nə gözəl qocalmışıq biz
Səadəti də bədənimiz kimi borc almışıq biz
Kaş ki, yenə də evdə yalan deyib gələydin
Məktəb illərindəki tək saçını yığıb, bəyaz geyib gələydin
Kəsmə qızıl hörüklərini, onlara toxunma, n'olar
Yaralı ruhum o yollarda yorulmuşdu
Mənə tanışdı o yollar
O yollarda bir səhər Palçıq Adam Yağış Qadın'a vurulmuşdu
Mən yanaram fərağında şam-ü səhər səndən iraq
Xoş günlər onsuz da keçir, ağrıları da zamana burax
Deyirlər ki, qadınlar saçlarını kəsərək intihar edir
Şairlərsə şeirlərini yandıraraq
Özümlə qaldım, zülfün ətri dizimdə qaldı
Gedəndə bütün o yaşanmışları özünlə aldın
Sən bir parça şeirlərdə, biraz gözümdə qaldın
Səni mənə verən Allah məni özümdən aldı
Saçları şeir qadın, qəmz-ü zənəxdanına qurban
Daha bu köhnə ev də qoxunla dolmur
Gör nə gündəyəm ki, toxuna da bilmirəm sənə
Axı xəyallara toxunmaq olmur...
Writer(s): Javid Amirkhanli
Lyrics powered by www.musixmatch.com