Lyrics

Düşündüm ki, hər zaman gözüm sənə baxacaq Heç bilməzdim bir zaman gözüm yaşı axacaq Sən ağlama ey gözüm olan onsuz olacaq Sənə qalan gözləmək, bir də yaşlar qalacaq İstəyir səni görsün gözlər, istəyir sənə baxsın gözlər Bəs mənə heç rəhmin gəlmirmi ay insafsız İstəyir səni görsün gözlər, istəyir sənə baxsın gözlər Bəs mənə heç rəhmin gəlmirmi Əllərim sənə çatmır neynim Gözlərim gecə yatmır neynim Bəs mənə heç rəhmin gəlmirmi ay insafsız Əllərim sənə çatmır neynim Gözlərim gecə yatmır neynim Bəs mənə heç rəhmin gəlmirmi Elə bir yoldur bu yol nə bitməz, nə tükənməz Elə bir oddur bu od küləklər əssə sönməz Ölümdən də ayrılıq betər imiş sən demə Sevinməyim sevinc yox kədər imiş sən demə İstəyir səni görsün gözlər, istəyir sənə baxsın gözlər Bəs mənə heç rəhmin gəlmirmi ay insafsız İstəyir səni görsün gözlər, istəyir sənə baxsın gözlər Bəs mənə heç rəhmin gəlmirmi
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out