Lyrics

Bir ürəyəm,arzu-kamsız Qismətim var dadsız,tamsız Bir otağam qərib,şamsız Kimə deyim bu dərdimi Bir həsrətəm qəlbi dönük Bir sevgiyəm odu sönük Bir naləyəm bölük-bölük Kimə deyim bu dərdimi Hay-haraylı seləm indi İnildəyən neyəm indi Bir nəğməsiz teləm indi Kimə deyim bu dərdimi Şəffaf sulu bir bulağam Başı qarlı uca dağam Xəzan olmuş bağça-bağam Kimə deyim bu dərdimi
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out