Lyrics

(Hansı qapının ardındadır həqiqət? Bəs hansı pərdəni sökəndə düşür yerə yalanlar? Bəlkə də, Sökülən hər bir pərdə yeni bir qapı, yeni bir müqəddimə?) (Hardayam?) Deyəsən özümdə deyiləm, Sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm Əvvəl ömür-günün idim, indi könlündə deyiləm Sənlə ağlaram, amma inan güləsi gündə deyiləm Qayıdacam hər şeyin əvvəlinə – 2014-ə O vaxtkı ruh və görkəm öz yerində, yox kölgəm Əriyib sönmüşəm... Qucaqla məni möhkəm Rədd olub gedək burdan, yoxsa bizi anlamaz bu ölkə Bu gün qəlbimə yatan hər kəs sabah gözümdən düşür Nə qədər uzaq olsaq da məni həmişə özünlə düşün Həmişə yanındayam, qulaqcığında, dar anındayam Geridə bir il qalıb, dörd ildir ki, yollarındayam Neçə belə 25-lərə, neçə belə 9 dekabr-lara Neçə belə 19-lara, "Neçə belə əlvidalara" Qəlbi dağlaram, bir axmağam, şeirlər ərmağan Məhv olmuşam artıq, güc yoxdur namə yazmağa Mahnılar kömək deyil, nə şeir dəftəri Canımı alan misralar, məlhəmi qırıq qəlblərin Bir vərəq üstündə min bir ürəyə çarə tapan mən Bu gün tənha qalmışam və hislərim qəfəsdədir (Zibil) Dolmuşam yenə... Yazıb qəlbi boşaldıram, ruhu boğmuşam qəmə Mən nifrətə yaraşan hər hissi borcluyam sənə Bəlkə də, bir gün unuda bilərəm səni, yoxlayam gərək Ölümə atdığım ilk addım sənə aşiq olmaq idi İkinci addımda özgələrini "sən" saymağı bildim Ən böyük arzum nə vaxtsa şair olmaq idi Şair oldum, qaldı şeirə layiq olmaq indi Demə ki, "səni sevə bilmirəm", necə yəni "narahat olma mənə görə" Mən itirdiyim hisləri geri qaytarmışdım sənə görə Aramızı vuran hər bir kəs aramızdaymış sən demə Özgəsi gözlərini silməsin, ağlasan mənə görə Bir təhərdi məni görən, dərd olurdu hər ağlamağım Səsinə möhtac olmuşam, susmağınsa güldən ağır Bir əldə çaxır, o biri əldə qələm, vərəq darmadağın Bircə qalan qəlbim idi, onu da məndən aldın axır Sonuna çatır başladığımız hər yol İndi qırılıb qol qanadım, sənsə məlhəmimə dərd ol Qopar məni bu boz şəhərdən, apar özünlə qürbətə Üzümü güldür ayaq açıb qaçsın bu kədər qəflətən Mən zəhərə şərbətəm, sən isti ürəyə soyuq yağış Mən günəşdə zülmətəm, sən aylı gecədə yuxuma qarış Əlinə kimsə toxunmamış, qayıt gəl ki, bir qocalaq Bu atəş səmaya qalxmamış, səpdin kül ocağa Qəlbim həmənki bədbindi, baxmadı xoş gün dadına Göz yaşıyla doğulan ümidi, dəfn edirəm külqabına Bəlkə səni bağışlamaqçün ikinci bir üz tapılar Özünü görməyə həsrətəm deyə şəklinə gül uzadıram Dedi ki: "Tale ayırsa bizi qara bəxtimi süz yazına" Sənə qismət olan məhəbbət, dərddir yüz qadına Şeirlərimi düz saçına, bir gün ölsə bədahətim Onsuz bu sərxoş halım, cana min bir bəla gətirib (Hər gün ayrı) içki masası, hər gün ayrı təbəssüm Hər gün ayrı sifət görürəm, hər gün ağrı və hər gün Ayrı bir hala düşürəm, ayıla bilmirəm heç səhəri gün Bütün olanlar isə cəmi bir-iki rumka zəhərçün Özümə hakim ola bilmirəm, özü də sanki rola girmişəm Nifrət edirəm özümə, necə belə məhv ola bilmişəm? Yazmaq istəyirəm, fikir bir yerə cəmlənmir Ağ vərəqdə yoxa çıxıram və gedən nəfəs gəlmir Nə qazanmaq, nə itirməyə dəyməz heç kimi Kibirlə məhəbbət eyni qəlbdədirsə, keçməz heç kinin (Heç vaxt) Gələcəyim olaraq gördüyüm biri Bu gün gözümün önünə gəlir keçmişim kimi Adına sətir düzdüyüm, bəndimə kin bəsləyir indi də İlk görüşdə aşiq olub nifrət edir ikincidə Ömür relsləri üstündə son qatar mən, ilki sən Sən də çıxıb getsən əgər, bu göz yaşımı kim silər? Çox tez böyüdüm, ağrılar keçəcək sandım Səni silməyə çalışır gəlib həyatıma girən hər qadın Dünən ümid paylayan, sabah eşq dinlənər "Yardım" Edənin olmaz onda ömürdən gün dilənər saatın Bu gün yaxşı ki, varam, amma sabah olmasam nə olacaq? Yolumu gözləsən də gözlərində nəm çoxalacaq, o dolacaq Onda gedəsi yerin olmaz, ölsən də ömür heç olar İnan ki, üzr istəməkçün belə həqiqətən gec olar Xoş gəlsə də hər dəfəsində üzünü görmək Səndən uzaq durub, gündə birinin açardım örpəyin Qırardım bütün qəlbləri Sən olardım mən... Onda bilərdin ki, nə deməkdir sevilmədən ölmək Hələ də bilmirəm ki, doğrun hansı, yalanın hansı Hər sözünü həqiqət sayıb, yanaşmadım müəamma ilə Yox əgər yanılıramsa, yaxşı onda durub izah elə Hansı cəhənnəmdədir bəs xəyalını qurduğumuz ailə? Dolur risalə, qəmlə sonu Səhvən itirdim ömrümün yeddi ayını sənlə olub Böyük sevgimiz var idi, məhv elədin qəsdən onu Halbuki, unuda bilərdin aramızda hər nə olub Yenidən gəlmişəm bax həmin ünvana qızılgül dərib Adını soyuqluq qoyub axtarmadın düz on gün məni Hətta xəyanət etdiyimi düşünüb, üzümə gülmədin Axı incidə bilməzdim onun-bunun qızıyçün səni Yox uzun müddətim, qarışacam izsiz qeybə Məni tanıya bilmədin, kibir-kinsizəm, siz deyiləm Sənsizliyi yaşasam belə, mənliksiz deyiləm Düzü hər kəsdən məhrumam, amma heç kimsiz deyiləm Uzaqda bəzi dost dediklərin Fağırın süfrəsinə, ac qarına gedir tox dediklərin Eyib bir az səndədir ki, sənə nankor dediklərin Kar-kor, eşitmədin, nə görmədin, nə p*x yediklərin Yenə həmənki gün olsaydı, güzəran olsaydı Ağarza kimi qardaş, "Şeir gözlü gözəl" yar olsaydı Səbəbsiz getdilər, kimləri ki, mən ailəm saydım Artıq intihar eləmişdin, yerimdə sən olsaydın Əvvəl sevgidən yazırdım, indi şeirim əsəbdən Əvvəl məni pis edən şeylərə indi sevinirəm hərdən Dəyişirəm əldən-əldə dolandıqca sevgi-məhəbbət Ürək elə hey deyir ki: "Hər axşam-səhər içib zəhərlən" Özündən uzaqlaş bir az Kim qalacaq sənlə? Düşün, sənlə olan gün gələcək köz basacaq qəlbə Sonda unudulacaqsan, bircə hiss qalacaq səndə Ki, sevməyə dəyməz heç kimi eşqin sanaraq həm də Heç kim səndən biri deyil, hər kəs özgədir Və illər ötüb keçdi, kül oldum altında közlərin Gözlərim yolunda qaldı, yox dəvası özləmin Ən çox özüm üçün darıxıram, inan, boşdur özgəsi Bəlkə bir-iki söz bəsimdi, görənə qədər kölgəsin Məni tərk edən kəslərin, dönməyə yoxmuş öhdəsi Vicdansız valideyn kimi, özgə qapıya atar körpəsin Bu qədər kor ola bilməz insan ki, övladını görməsin Mən nə qəddarlıqlar gördüm, nə yalanlar gördüm Dost ölən vaxtı vecsiz olub sağ olanlar gördüm Bir qıza görə artistlik edən nə oğlanlar gördüm Kiçik dərəyə rast gələndə dağ olanlar gördüm Heyif, bir az insafsızam, bir az mərhəmətsizəm Baş daşa dəymir, gəlmədən qəm dizə və fərsizəm Aydındır mən qədər sizə tənhalıqlar Çünki bəzən eşqi yaşamaq üçün bəs eləmirdi bir nəfər bizə Bu qədər yorulmazdı qələm hər kəsə xətt çəkə bilsə Birgə güldüyüm dostlarımla bir dərd çəkə bilsəm Özümdən uzaqlaşmaram, düzələrəm onda yol tapıb Nə yaxşılığım vardısa haram elədi köhnə dostlarım Ən başından səhv məndə idi, günah məndə Ağladığımı görməyənə gözüm gələr quraq əlbət Ruhuma ağrı verir, çoxdandır bu sual məndə Haqqımı niyə tapdaladı və niyə incidi Sura məndən? Mən o qızı sənətçi eliyib əl işlərinə kömək edəcəkdim İçimdə kin yox idi, vallah təkcə kömək edəcəkdim Necə düşünə bilmişdi, bunları nəyəsə görə edəcəyimi Axı heç kimi yox idi, ona etməyib kimə edəcəkdim? Arada sevgi qırağa, halal zəhmətimi yerə vurdu Bilmədim 5 ay sonra məni egosuna kölə edəcəyini Məhşur olmaq istəyirdin, istədiyin yerdəsən Və bunun təşəkkürünü heç kimə yox mənə edəcəkdin Evinə pul qazanmaq üçün fağır qalmışdı aralarda Studiyaya gətirdim səni yığıb toyxanalardan Ki, qazan əlin-ayağın təmiz, axı nə işin var oralarda? (Nəysə) Arada keç buralardan... Sənsiz keçir iyirmibeşlərim Unutdun "Hər şey"in olan adamı saydın indi "Heç nə"yin Ruhunu kinlə bəsləyib, məhv edə bildin hər şeyi Arada hörmət qaldı, gözlədin onun da itməyin O vaxtkı kimi durğunuq hələ də, tənha çaylar kimiyik Qış günündə çıxan günəş, yayda yanvar kimiyik Bir vaxt aldığımız hər nəfəsdə bir yerdəydik İndi tamam yad insanlar kimiyik Xeyli günahkar idin deyə mən sayırdım hər nazın eyib Ürək keçir həmin küçədən, ayaqlarım razı deyil Sevgi sanırdım intahası deyil, eşq ən azı heyif Yüzdən biri qalır sənlə, yanındayamı hamısı deyir Baxışlarıma qəm çökür hərdən Ayaq izləri seçildi gözlərimdən nəm çəkiləndə Səni bircə gün görməyəndə, nə qədər çox darıxırdım Beş aydır danışmırıq, gör ki, indi nələr çəkirəm mən Bəlkə də, bu həsrətimə əlacdı bir səs Hələ də yolunu gözləyir həyəcanla, təlaşlı bir kəs Nə vaxtsa keçər canımın ağrısı amma sağalmır hislər Bütün doğrularımızı öldürdü ən adi bir səhv Dama-dama gölməçə oldum, tüstüyə satıb gül iyini Aylardır közərdiyim sevgi ocağımızda kül idim Həmişə yanımda olduğunu düşündüyüm biri var idi Onun da son danışığı başqa cür idi (Heyif) Süzülür qəm sətirə Gördüyüm hər insafsızı nədənsə sənə bənzədirəm Çatdın axır məqsədinə, səni qəm, məni yadlar aldı Bu qədər yaxşılıqlar edib, pis biri kimi yadda qaldım Bir ümid çırağı sönürdü hər gün İçkinin təsiriylə başqa birinə dönürdüm hər gün Həminki adam ola bilmərəm artıq Sizin yaşadığınız şeirlərdə mən ölürdüm hər gün Məni boğur bu şəhər, bu insanlar Məni yorur bu şeir, bu misralar Gedirəm bir sabah qayıtmamaq ümidiylə Gedirəm, əlvida, əlvida, əlvida Məni boğur bu şəhər, bu insanlar Məni yorur bu şeir, bu misralar Gedirəm bir sabah qayıtmamaq ümidiylə Gedirəm, əlvida. əlvida. Sevgiylə Məni boğur bu şəhər, bu insanlar Məni yorur bu şeir, bu misralar Gedirəm bir sabah qayıtmamaq ümidiylə Məni boğur bu şəhər, bu insanlar, Məni yorur bu şeir, bu misralar Gedirəm, əlvida Əlvida Sevgiylə
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out